Şrift:
Ustad Məftun Əmininin “Acı çay” kitabının təqdimat mərasimi keçirilib
29.01.2018 [11:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranda tanınmış azərbaycanlı şair, ustad Məftun Əmininin “Acı çay” əsərinin təqdimat mərasimi keçirilib.

Yanvarın 25-də keçirilən türkcə şeirlər toplusunun təqdimat mərasiminə ustadın yaxın dostları ilə birlikdə, bir çox azərbaycanlı ziyalı, yazıçı və şair qatılıb.

“Avaz” Nəşriyyatı tərəfindən nəşr olunan “Acı çay” əsəri Səid Muğanlı tərəfindən və “Yaşmaq” kollektivinin əməkdaşlığı ilə çapa hazırlanıb
1926-cı ildə Güney Azərbaycanın Tikantəpə şəhərində dünyaya göz açan Məftun Əmini hazırda Tehran şəhərində yaşayır. O hüquq üzrə Tehran Universitetinin məzunudur və türk və fars dillərində bir neçə əsərin müəllifidir. Tanınmış şair Səməd Behrəngi və Behruz Dehqaninin yaxın dostlarından olub, şeirləri siyasi yöndə olduğu üçüm Pəhləvi rejiminin kəşfiyyat orqanı (Savak) tərəfindən təqib və təzyiqlərə məruz qalıb.

M.Əmininin “Aşıqlı Karvan” adlı şeir toplusu 1979-cü ildə çap olunub. Son vaxtlarda onun “Yelli Təbriz” şeirinə gözəl bəstə yazılıb, Nəvid Mosmer tərəfindən oxunan mahnı çoxlarının rəğbətini qazanıb
Bu xəbər oxucular tərəfindən 429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed