Şrift:
“Bir addım” qısametrajlı bədii filmi Özbəkistanda keçirilən kinofestivalda Azərbaycanı təmsil edir
19.10.2011 [12:28] - Mədəniyyət
“İmper Qrup” Prodüser Mərkəzinin istehsal etdiyi “Bir addım” qısametrajlı bədii filmi Özbəkistanın Daşkənd şəhərində keçirilən “Tashkent International Film Forum “Golden Guepard”” kinofestivalında Azərbaycanı təmsil edir. Filmin rejissoru Fariz Əhmədovun verdiyi məlumata görə, oktyabrın 19-dan 25-dək davam edəcək festivalda Azərbaycanla yanaşı ABŞ, Almaniya, Rusiya, Çin, İran Estoniya və digər ölkələrin audiovizual məhsulları nümayiş olunacaq. “Bir addım” qısametrajlı bədii filmi 20-dən artıq ölkədə keçirilən beynəlxalq festivalın müsabiqə bölməsində Azərbaycanı uğurla təmsil edib müxtəlif mükafat və diplomlara layiq görülüb.
Qeyd edək ki, film 2009-cu ildə “İmper Qrup” Prodüser Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan bu ekran-2008” müsabiqəsinin qalib kinolayihəsi kimi istehsal olunub. Filmin rejissorları Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifləri Alina Abdullayeva və Nərgiz Bağırzadə, quruluşçu operatoru Tarıverdi Tarıverdiyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rauf Əliyevdir. Filmdə baş rollarda Gülzar Qurbanova, Pərviz Məmmədrzayev və Nərminə Kərimova çəkilib.
Bu xəbər oxucular tərəfindən 1230 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed