Şrift:
Dağıstanın baş naziri vəzifəsinə namizəd təsdiqlənib
08.02.2018 [10:21] - Dərbənd
Dağıstan parlamenti Artyom Zdunovun baş nazirlik postuna namizədliyini təsdiqləyib.
Bunu parlamentin təmsilçisi bildirib.
“Fevralın 6-da Dağıstan başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Vasiliyev Artyom Zdunovun baş nazir postuna namizədliyini parlamentə təqdim edib. Deputatlar bu məsələyə baxaraq onun Dağıstan hökumətinin sədri vəzifəsinə namizədliyini bəyəniblər”, - parlamentin təmsilçisi bildirib.
Artyom Zdunov bundan əvvəl Tatarıstan Respublikası iqtisadiyyat naziri işləyib. Dağıstanın keçmiş baş naziri Abdusamad Qamidov dövlət əmlakını mənimsəməkdə şübhəli bilinərək həbs edilib.
Bu xəbər oxucular tərəfindən 12104 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed