Şrift:
Putin və Ərdoğan aprelin əvvəlində Türkiyədə görüşə bilər
20.02.2018 [11:30] - Siyasət
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü aprelin əvvəlində Türkiyədə keçirilə bilər.
Bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.
"Türkiyə, Rusiya və İran arasında Suriyadakı problemin nizamlanması ilə bağlı danışıqlar davam edir. Martın 14-də Moskvada bizim xarici işlər nazirlərinin iştirakı ilə görüş keçiriləcək. Martın 16-da Astanada İranın iştirakı ilə üçtərəfli görüş olacaq", - deyə Bozdağ bildirib.
O əlavə edib ki, Putin və Ərdoğan arasında görüşün dəqiq tarixi hazırda müəyyən edilməyib, lakin aprelin əvvəlinə planlaşdırılır. Görüşdən sonra Suriya ilə bağlı Rusiya-Türkiyə-İran sammitinin keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed