Şrift:
Milli Kitabxanada kitab sərgisi açılıb
05.03.2018 [10:38] - Gündəm
Martın 4-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, tənqidçi, filologiya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Kamran Əliyevin anadan olmasının 65 illiyi münasibətilə "Kamran Əliyev-65" adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildiriblər ki, sərgidə ədəbiyyatşünas alimin Azərbaycan və rus dillərində kitabları ilə yanaşı, tərtibçisi və redaktoru olduğu, ön söz yazdığı kitablar, həmçinin alim haqqında nəşrlər, dövri mətbuat materialları sərgilənir.

Sərgi həftə ərzində davam edəcək.
Bu xəbər oxucular tərəfindən 1005 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed