Şrift:
General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
21.03.2018 [17:15] - Gündəm, DAVAMın yazıları
General Hacı Zeynalabdin Tağıyevin
tələbə qızlara novruz bayramı təbriki

və yaxud

Bakı Qızlar Məktəbinin akt zalını bəzəyən
general portretinin müəllifi kimdir?



Açar sözlər- General H.Z.Tağıyev, rəssam İ.Brodski, İşıq qəzeti, xanımlar qəzeti, portret janrı, novruz bayramı, maarifçi ziyalılar,
"Səda" mətbəəsi, ərəb qrafikalı qəzet, həftəlik qəzet

1911-1912-ci illərdə Bakıda Haşım bəy Vəzirovun mətbəəsində "İşıq" adlı bir qəzet nəşr olunmuşdur. Qəzetn redaktoru milliyyətcə tatar olan Tiflisdəki Olqa Mamaılıq İnstitutunun məzunu qızlıq soyadı Subhanqulova olan Xədicə xanım Əlibəyova, naşiri isə onun əri tərcüməçi, ədib, vəkil Mustafa Cabbar oğlu Əlibəyov idi. "İşığ"ın ilk nömrəsi 1911-ci il yanvarın 22-də çıxıb. 2 il ərzində 68 nömrəsi dərc olunan "İşıq" həftəlik qəzet idi, Qəzet hər şənbə günü nəşr olunurdu.

"İşığ"in ilk nömrələri Tserkov küşəsi ilə Spasski küçələrinin küncündəki 44 nömrəli binada redaktə olunsa da,sonrakı nömrələrdə redaksiyanın ünvanında dəyişillik görünür.Əvvəlki 44 rəqəmi 70 rəqəmi ilə əvəz olunur-Spasski küçəsi ,70.

"İşıq" qəzeti əvəllər görkəmli ziyalı, İrəvan Seminariyasının məzunu, şuşalı Mir Həşim bəy Mir Həsən oğlunun (Haşım bəy Vəzirov-N.N.) "Səda" mətbəəsində çap olunurdu.Sonralar mətbəə ünvanını dəyişmişdir.

Azərbaycan mətbuatında fəxri yeri olan "İşıq" uzun müddət tarix kitablarında, hətta dərsliklərdə oxuculara jurnal adı ilə təqdim olunmuşdur.Halbuki "İşığ"ın elə ilk səhifəsində o, dövrün oxucularına belə təqdim olunmuşdur:həftədə bir dəfə şənbə günü nəşr olunacaq,ətfala(uşaqlara-N.N.),ədəniyyata, təbiyyat
təbiət elmləri-N.N.) və evdarlığa dair xanımlar qəzetəsidir.

Ərəb qrafikası ilə yazılan bu sözlərdən sonrakı sözlər rus qrafikası ilə nisbətən iri şriftlə göstərilmişdir-ЕЖЕНЕДЕЛЪНАЯ ГАЗЕТА

Abunə qiymətləri nüsxəsi-5 qəpik, illiyi --Bakıda 3 manat,qeyri şəhərdə-4 manat yarım, altı aylığı Bakıda-2 manat, qeyri şəhərdə 2 manat 50 qəpik

Mamələkin (maməlk-bir adamın malik olduğu mülkiyyəti içində,mal-mülkü N.N.) illik abunə -6 manat, altı aylıq isə-4 manat müəyyənləşdirilmişdir.

"İğıq" bağlanandan sonra Əlibəyovlar öz ixtisaslarına uyğun sahələrdə işləmişlər. Onlar 1920-ci ildə Şəkiyə köçmüş, 17 il burada birgə yaşamışlar.1937-ci ildə hakim dairələrnin narazılığına səbəb olan bir fikrə görə M.Əlibəyov Sibirə sürgün olunmuşdur. Onun həyat yoldaşı və 5 uşağı isə1946-cı ildə Bakıya köçmüşlər. Artıq bir il idi ki, M.Əlibəyov həyatda yox idi.O,71 yaşında sürgündə vəfat etmiş və müsəlman qıbirstanlığında dəfn olunmuşdu. Xədicə xanım isə 1961-ci il mayın 19-da dünyadan köçmüşdür.

"İŞIQ" HAQQINDA BIR SIRA ELMI TƏDQIQAT IŞLƏRI ARARILSA DA, BU QƏZETIN ÖYRƏNILMƏSININ HƏLƏ DƏ CIDDI PROBLEMLƏR VAR.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin məsləhətçisi Rəqibə Məmmədovanın“İŞIQ” qəzetinin imperatriça Aleksandra Fyodorovnaya təqdim edilməsi" adı ilə çap olunan məqaləsində türk dunyasının ilk qadınlar qəzetlərindən biri olan "İşığ"ın maraqlı incələmələri diqqəti cəlb edir.
Məqalə “İşıq” qəzetinin 103 illiyinə həsr edilmiş, 2014-cü ildə "İşıq" adı ilə nəşr olunan jurnalda dərc olunmuşdur.( “İşıq” qadın jurnalı, № 1 (77), 2014.).

Məqalədə Xədicə zanım Əlibəyovanın adı XX əsrin maarifçi, fəal ziyalı Azərbaycan qadınlarından - Şəfiqə xanım Əfəndizadə, Sona xanım Tağıyeva, Rəhilə xanım Hacıbababəyova, Mədinə xanım Qiyasbəyli, Fatma xanım və Liza xanım Muxtarova, Səltənət xanım və Nigar xanım Qayıbovalar, Əminə xanım Batrişina ilə bir yerdə çəkilir. Məqalə müəllifi "İşığ"ın redaktoru Xədicə xanım Əlibəyovayanın maarifçilik sahəsindəki əzəmətli işlərindən rəğbətlə söz açır.

... 1911-ci ildə Xədicə xanım və Mustafa bəy “qadın qəzetəsi” çıxarmaq qərarına gəlirlər.

Əslində türk dilində qadınlara aid qəzet çıxarmaq ideyası Qasprinskilərə məxsusdur..Lakin onlar bu ideyanı-ana dilində həftəlik qadın qəzet ideyasnı reallaşdıra bilməmişlər
Əlibəyovlar isə bu sahədə daha qətiyyətli olmuşlar.

Mustafa bəy və Xədicə xanım Azərbaycanda ilk qadın mətbuat orqanının əsasını qoyaraq, Bakıda 1911-ci il yanvarın 22-də “İşıq” qəzetini təsis edirlər. Qəzetin redaktoru Xədicə xanım Əlibəyova, naşiri Mustafa bəy Əlibəyovdur . 8-12 səhifə həcmində çıxan bu qəzetdə, həm Azərbaycan, həm də rus dilində məqalələr dərc edilirdi.Rusdilli məqalələrin sayı çoxluq təşkil etmirdi. B mqalələrin çoxunu Mstafa bəy yazırdı.

Nəşri 1912-ci il dekabrın 21-nə qədər davam edən ”İşıq” özünü “xanımlar üçün qəzetə” adlandırırdı. “Kaspi” qəzeti 22 yanvar 1911-ci il tarixli sayında “İşıq”ın çap olunması haqqında yazırdı: “Dünən Bakıda Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə həftədə bir dəfə çıxan “İşıq” qəzetəsinin ilk nömrəsi tatar (Azərbaycan-N.N.)dilində çapdan çıxmışdır. Qəzet müsəlman qadın və uşaqların tərbiyəsinə xidmət edən bir orqandır”.

“İşıq” qəzetinin çıxması Qafqazda böyük marağa səbəb olur. “Kavkazskaya kopeyka” qəzeti bu haqda yazırdı: “22 yanvar 1911-ci ildə yeni müsəlman qadın qəzetinin – “İşıq”ın ilk nömrəsi çıxdı. Qəzet qadın məsələlərinə həsr olunur(“Kavkazskaya kopeyka”, №18, səh. 3)


Rusiya Dövlət Kitabxanasında (RDK) saxlanılan "İşığ"ın bir toplusundan aydın olur ki, bu qəzetin iki komplekti (nömrələrin cildlənmiş toplusu)1911-ci ildə Rusiyanın birinci xanımına hədiyyə verilmişdir.

"İşıq" toplusunun hədiyyə verilmiş cildindəki bu sözlər diqqti cəlb edir.

“Ея Императорскому Величеству Государынъ Императирицъ Александръ Феодоровнъ – «Ишыгь» за 1911 годъ. «Светь»”.

Bu hədiyyə “İşıq”ın bağlanması təhlükəsi ilə ilgilidir.

"İşıq"da maraqlı yazılar çoxdur.Bu gün onlardan biri haqqında söz açırıq..

Bu,"İşıq"ın naşiri Mustafa bəy Əlibəyovun məqaləsidir.

Qəzetin 1911-ci ildəki 9-cu nömrəsinin birinci və 2-ci səhifələrində dərc olunan məqalə

"General Hacı Zeynalabdin Tağıyev həzrətlərinin nitqi"
adlanırdı.

Sərlövhənin altındakı

"Hovruz bayramı münasibətilə" sözləri məqaləyə marağı daha da artırır:

"Rəbiüləvvəl ayının 20-sinə təsadüf olunan eyd novruzun (novruz bayramı-N.N.) birinci günü Hacı Zeynalabdin Tağıyev həzrətlərinin Qız Məktəbi imarətində "Bakı Cəmiyyəti-Xeyriyyəsi" və "Nəşri -Maarif Cəmiyyəti" xadimi-millət Hacı Zeynalabdin Tağıyev və qaziyi- vilayəti-Baku Ağa Mir Məhəmməd Kərim Hacı Mir Cəfərzadə həzəratın təhti -nəzarətində mükəmməl bir rəsmi tiəərrin tərtib olundu. Cəmiyyətin nəfinə isə iyirmi min manatdan ziyadə cəm olundu.

Rəsmi-məzkurda Baku qoradanaçalniki,qubernatoru ,şəhri-idarə rəisi və İran qonsulu və şəhərinəyani-əşraf və ürəfasından daha bir xeyli adam mövcud idi.
Rəsmi qəbulə təşrif gətirən zəvati- möhtərma ( möhtərəm adamlar-N.N.) məktəbin ğayət bəzədilmiş salonunda( zalında) Hacı və qazı həzrətləri tərəfindən kəmali-şövq və məhəbbətlə qəbul olunurdular. Qaziyi - vilayət Ağa Məhəmməd Kərim həzrətləri məqamına münasib bir nitq söyləyüb, imperator və imperatoriçə həzrətlərinin ömürlərinə xeyirdua etdilər.Məclisə gələnlər cürbəcür şirniyat vəhəluyat ilə müəzzin olunmuş sügrəyə dəvət olundu.

Lakin bu məclisdə insanı ən çox fərəhnak xoşhal edən orada bir çöx darülfünun qurtarmış mühəndis, təbib və yurist müsəlman cavnların mövcud olması idi ki, biz müsəlmanların ümdə xoşbəxt yeganə səbəbidir.

Hacı qonaqlar ilə bərabər vidalaşıb gedərkən birdən -birə dala qayıdıb məclisdə qalan müsəlmanları böyük zala dəvət etdirib, orada özünün boyu bərabəri (əksini) göstərib və dedi ki,

--"Övladlarım! Bənim bu əksimə bir diqqət ilə baxın.Görün orada nə görürsünüz?

Cəmaət sükut ilə təsvirə tamaşa edərkənn həştad (H.Z.Tağıyevi yaxşı tanıyan M.Əlibəyov onunyaşını nın həştad oluğunu deyr-N.N.) sinnində bir yaşlı Hacı həzrətləri buyurdular ki:

--"Övladlarım!Görürsünüzmü ki, bənim sağ əlim dini-islamın rükni(dirəyi) və madəri-iftixarı Qurani-əzim kitabının üstündədir.Sol əlimdə tutduğum isə qəzetədir.

Övldlarım! Bənimsizə axırıncı nəsihətim budur ki, Quranı həmişə sağ, qəzetəyi isə sol əlinizdə tutub xalqa sidq və sədaqət ilə xidmət edəsiniz".

Hacı atanın bu ...hakimanə kəlamı bana o qədər təsir elədi ki, indi o nəsihəti bir an qəlbimdən çıxarda bilməyirəm.

Oqucularım! böylə bir nəsihət bu vəqtə qədər heç bir üləmanın ağzından eşidlməyibdir.

Zənnimcə bu gözəl nitqi tariximizə qızıl mürəkkəb ilə yazılıb,əsəri-nafe olaraq,həmişə mühafizə etməliyik.Cünki bir parə şəxslər Quranı dutanda zəmanənin etdigi ağlar halını balmərrə(tamamilə)unudurlar.Qəzetə tərəfdarı olanların bəzisi isə nəinki bir Ouranı,hətta bütün islamiyyəti belə yaddan çıqarurlar.

Mustafa bəy Əlibəyov".

***
Hacı Zeynal Abdin bəy Tağıyevin bu portreti haqqında incələmələrdə müəyyən münasibətlər var.Bir sıra tədqiqaçılar bu portretin müəllifinin məşhur rus rəssamı İ.Brodski olduğunu söyləsələr də,burada müəyyən anlaşılmazlıqlar ortaya çıxır.

H.Z.Taıyev öz portreti önündə tələbə qızlara öyüd-nəsihəti 1911-ci ilin novruz bayramında söyləyir.Deməli,İ.Brodski 1912-ci ildə Bakıya gələndə bu portret artıq məktəbin akt zalında, başqa bir portretin yanında asılıbmış.Bu portret haqqında sənətşünas Ziyadxan Əliyevin maraql qeydləri var.
Z.Əliyevin yazdıına görə, portret uzun müddər Tarix Muzeyndə bir keüncdə qalaqlanmş xalzçaların alına atılıbmış.Bərpaçı rəssam Fərhad İbrahim oğlu
Haçıyev (1929-1987) çox çətinliklə portretin bərpasına icazə alıb.Etinasızlıq ucbatından portret pis vəziyyətə düşübmüş.Portret bərpa olunandan sonra sərgilənmiş və tamaşaçılara göstərilmişdir. Rəssamın qızı da bir neçə il bundan qabaq "Baku"qəzetində portretin problemli həllindən söz açmışdır.
Məsələ burasındadır ki,rəssam F.Hacıyev portretin bərpası zamanı müəyyən yanlışlıqlara yol vermişdir. Belə ki,H.Z.Tağıyev deyir ki,mənim sağ əlim Quranln üstündədir,sol əlimdə tutduğum isə qəzetdir.Bərpa olunan portretdə isə H.Z.Taıyevin sağ əli aşağı sallanmışdır.Onunsol əlində tutduğu isə mülki generalların geyim atributlarından biri olan ağ əlcəkdir.
Z.Əliyev məqaləsində portretin həm orijinalını, həm də bərpa olunmuş variantını oxuculara təqdim edir.
Çox güman ki,İ.Brodski, H.Z.Tağıyevin məşhur portretini çəkəndə, işləyəndə ona vacib olan bu əsərdən istifadə etmişdir.

***
Deməli,M.Əlibəyovun yazısını oxuyandan sonra hələ də bir çox problemlər öz müsbət həllini gözləyir.

1.Bakı Qızlar Məktəbinin salonunu bəzəyən iki müxtəlif portretdən birinin-Hacı Zeynalabdin Tağıyevin təsviri olan portetinin müəllifi kimdir?

2. Yazıdakı fikrə görə, H.Z.Tağıyevi təvəllüdü 1831-ci ilə uyğun gəlir.Bu,deyilişi gözəl,təsadüfi sösdür,yoxsa faktdır?

3.H.Z.Tağıyevin haqında danışılan portretində də,İ.Brodskinin 1912-ci ildə çəkditi portetdə də H.Z.Tağıyevin sol əlində əlçək var.Əlbəttə, bu,bərpaçı rəssamın öz təxəyyülünün məhsuludur. İndiyədək rəssamın bu yanaşmasına,nədənsə, ciddi fiir verilməyib.

4. Görəsən,Rusiyanın sənət adamları - incəsənət xadimləri İ.Brodskinin Azərbaycanl əlaqəsi haqqında tarixi sənədlərdən xəbərdardırlarmı?


Ədəbiyyat siyahısı

1.Fərhad Cabbarov.Hacı Zeynal Abdin Tağıyevindoğum tarixinin müəyyənləşdirilməsinə dair. Azərbaycan Tarix Muzeyi-2009. səh.308-317.


2.Nazim Nəsrəddinov. "İşıq" qəzeti H.Z.Taıyevin bir portreti haqqında. AzərbaycanTarix Muzeyi-2011. Səh. 195-200

3.Ziyadxan Əliyev. "Bərpaçı – Rəssam taleyi". Artkaspi.az. 08.08.2017.-ci il.
Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed