Şrift:
Güclü külək Güney Azərbaycanda iki nəfərin ölümünə səbəb oldu - VİDEO
30.03.2018 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan şəhərlərində yenidən güclü külək baş qaldırıb.

Məlumata görə, martın 29-da baş verən şiddətli külək Şərqi Azərbaycanda iki nəfərin ölümünə, bir çox şəhərlərdə isə divar və balkonlar yıxılması, ağacların aşması, elektrik enerjisinin kəsilməsi və s.kimi fəsadlara səbəb olub.

Azərbaycanın bir çox şəhərində baş verən güclü küləyin sürəti saatda 90-148 kilometrə çatıb.

Məlumata görə, Xosrovşah məntəqəsində yerləşən bir kənddə 71 yaşlı kişi quşçuluq fermasının binası üstündən yerə düşərək ölüb. Üsküdə isə 36 yaşlı bir fəhlə binanın bir hissəsinin yıxılması nəticəsində həlak olub.

Bu barədə məlumat verən Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin sözcüsü əyalətdə təbii fəlakət nəticəsində digər ölüm faktının qeydə alınmadığını, bu haqda yayılan xəbərlərin düzgün olmadığını diqqətə çatdırıb.

Aşağıdakı Videoda göründüyü kimi, Səhənd şəhərində namazxana kimi istifadə olunan kaneks (dəmirdən düzəldilmiş otaq) küləyin şiddətindən aşıb.

Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed