Şrift:
İranda bəhai müəllimə 4 il həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb
31.03.2018 [12:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda bəhai dininə mənsub olduğuna görə dörd il əvvəl həbs edilən gənc müəllimə, Nəsim Baqiri azadlığa buraxılıb. Bu barədə, İrandakı hüquq müdafiəçiləri məlumat yayıb.

Bəhailərin Virtual Universitetinin müəllimlələrindən olan xanım Nəsim Baqiri, dövlət universitetlərində təhsildən məhrum edilən bəhai gənclərə dərs keçdiyi üçün əvvəllər bir neçə dəfə həbs edilsə də, sonradan mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

İran təhlükəsizlik qüvvələrinin bütün təhdid və təzyiqlərinə baxmayaraq Bəhailərin Virtual Universiteti ilə əməkdaşlığını davam etdirən Nəsim Baqiri, 2012-ci ilin oktyabr ayında (1392-ci il, mehrin 16-da) Tehran inqilab məhkəməsinə çağırılaraq qanunsuz virtual universitetdə fəaliyyət göstərməkdə, sistemə qarşı təbliğatda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq 4 il həbsə məhkum edilib.

Az sonra, barəsində çıxarılan hökmü çəkmək üçün həbs edilən Nəsim Baqiri, Tehranın Evin zindanına köçürülüb. Onun həbsdə saxlandığı müddətdə müxtəlif təzyiq və təhdidlərə məruz qaldığı bildirilir. Həbs müddətini başa vuran müəllimə, martın 29-da azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed