Şrift:
Dünyanın ən böyük məscidi Ramazan ayında İstanbulda açılacaq
13.04.2018 [11:15] - Gündəm, İslam dini
Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük məscidi tikilib.
"Çamlıca" ibadət ocağı Ramazan ayında (mayın 15-dən iyunun 14-dək) açılacaq.
Məlumata görə, məscidin tikinti işləri artıq başa çatıb və hazırda son tamamlama işləri gedir.
Qeyd edək ki, məscidin sahəsi on beş min kvadrat metrdir. "Çamlıca"da eyni vaxtda 50 minə qədər insan ibadət edə biləcək.
Altı minarənin dördünün hündürlüyü 107,1 metr, ikisi isə 90 metrdir. Məscidin yaxınlığında qalereya, kitabxana və konfrans salonunun da yerləşəcəyi mədəniyyət mərkəzinin açılması da planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed