Şrift:
Avropada Məhəmməd peyğəmbərə qarşı iyrənc TƏXRİBAT
13.06.2018 [10:47] - İslam dini
Hollandiyada müsəlmanların peyğəmbəri Məhəmməd (s.ə.s) peyğəmbərin təsviri üzrə karikatura yarışı elan olunub.


Yarışın təşkilatçısı irqçilik və immiqrantlara qarşı sərt siyasəti ilə tanınan Hollandiyanın “Azadlıq” partiyasıdır.



Yarış Hollandiya parlamentində Geert Vildersin rəhbərliyi ilə yaxın aylarda keçiriləcək.

Vilders Hollandiyada yaşayan müsəlman və immiqrantlara qarşı çox sərt siyasət tərəfdarı olması məşhurdur.



O dəfələrlə ölkədə müsəlmanların müqəddəs kitabı “Qurani Kərimin” qadağan edilməsi haqda çaöırışlar edib. Vildersin sözlərinə görə Hollandiyanın terrorla mübarizə agentliyi olan “NCTV” də yarışın keçirilməsinə razılıq verib.

Yarışın münsiflər heyətinin başında ABŞ-ın Texas ştatında təşkil edilən analoji yarışın qalibi Boş Favstin olacaq.



Qeyd edək ki, 2005-ci ildə Danimarkada Məhəmməd (s.ə.s) peyğəmbərin təsvirinin nəşr olunması ilə Müsəlman ölkələrində kütləvi etiraz mitinqləri keçirilib. 2015-ci ildə isə Fransanın “Charlie Hebdo” nəşrində analoji karikaturaların nəşr olunması terror hadisəsi ilə müşaiyyət olunub. Partlayış nəticəsində nəşrin 12 işçisi həyatını itirib.
(Modern.az)
Bu xəbər oxucular tərəfindən 836 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed