Şrift:
İsveç Azərbaycanlılar Konqresi İranda azərbaycanlı şairlərin həbsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
09.07.2012 [10:57] - Xəbərlər, Güney Azərbaycan-Təbriz
İsveç Azərbaycanlılar Konqresi İranda iki azərbaycanlı şairin həbs olunması ilə bağlı bu ölkədə və digər dövlətlərdə yerləşən beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə bu faktdan narahatlıq ifadə olunur və şairlərin tezliklə azadlığa buraxılmasına dəstək verilməsi xahiş edilir.
İsveç Azərbaycanlılar Konqresi həmçinin Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin bununla bağlı müraciətini də dəstəklədiklərini bəyan ediblər. Müraciətin mətni vəziyyətlə yaxın tanış olunması üçün İsveç parlamentinə və hüquq-müdaiəf təşkilatlarına göndərilib.
Bu xəbər oxucular tərəfindən 1279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed