Şrift:
Vərziğanın “Süngün Misi” komandası Asiya çempionu oldu
13.08.2018 [12:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Vərziğanın “Süngün Misi” futzal komandası Vyetnam komandasına qalib gələrək Asiya kubokunun çempionu olub.

Yarış bazar günü, avqustun 12-də İndoneziyanın paytaxtı Cakkartada keçirilib.

“Süngün Misi”-“Tay Sun Nam” görüşü 4:2 hesabı ilə Güney Azərbaycan komandasının xeyirinə yekunlaşıb. Qollar Fərhad Fəxim (2 qol), Hüseyn Təyyebi və Əli Əsğər Həsənzadə tərəfindən vurulub.

Asiya kuboku 16 komandanın iştirakı ilə avqustun 2-dən Cakartada keçirilib.
Bu xəbər oxucular tərəfindən 421 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed