Şrift:
Yaponiyanın NHK telekanalı Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə barədə məlumat yayıb
13.08.2018 [14:53] - Gündəm, Siyasət
Yaponiyanın nüfuzlu NHK telekanalı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzlanması barədə məlumat yayıb.

Telekanal qeyd edir ki, Xəzəryanı ölkələr olan Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan sərhədlərin müəyyənləşdirilməsi barədə mübahisəli məsələdə razılıq əldə ediblər.

Bildirilir ki, avqustun 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Sənədə əsasən, hər bir ölkə sahildən 15 mil məsafədə ərazi sularına malik olacaq. Bundan əlavə, liderlər həmin ərazi sularına bitişik balıqçılıq zonaları barədə razılıq əldə ediblər ki, burada da xüsusi balıq ovu hüququ təmin olunacaq.

Dövlətlərin əldə etdiyi razılaşmaya əsasən, Xəzər dənizinin enerji ehtiyatları tərəflər arasında imzalanacaq növbəti müqavilələrə uyğun olaraq bölünəcək.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed