Şrift:
Gürcüstan mətbuatı Prezident İlham Əliyev ilə Baş nazir Mamuka Baxtadzenin görüşünə geniş yer ayırıb
31.08.2018 [09:34] - Gündəm, Borçalı
Gürcüstan mətbuatı bu ölkənin Baş naziri Mamuka Baxtadzenin Azərbaycana səfərinə, xüsusən Prezident İlham Əliyev ilə görüşünə geniş yer verib.

Qonşu ölkənin nüfuzlu www.interpressnews.ge, news.ge, vestikavkaza.ru portalları, 1tv.ge televiziyası, AGFM radiosu və digər nəşrlər Bakıda Prezident İlham Əliyevin Baş nazir Mamuka Baxtadze ilə görüşündən materiallar yayıblar.

Xəbərlərdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəyə çatdığı, strateji tərəfdaşlığın daha da genişləndiyi, Azərbaycanın Gürcüstan üçün mühüm tərəfdaş olduğu xüsusi vurğulanıb.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed