Şrift:
Speys TV-nin aparıcısı Elçin Əlibəyli güneylilərin "Səni deyirlər” mahnısı ilə rəqs etdi
07.09.2018 [09:48] - Xəbərlər, Sosial
Son günlər əyləncə azadlığının məhdudlaşdırılması və Urmu gölünün qurudulmasına etiraz olaraq trendə çevrilən “Səni deyirlər” mahnısı tanınmış aparıcı Elçin Əlibəylinin "El bizim, sirr bizim" verilişindən də yan keçməyib.

Aparıcı verilişi məhz məşhur mahnıyla açıb və verilişin qonağı Röya xanımla birlikdə rəqs edib.

Bununla güney azərbaycanlılarla həmrəylik nümayiş etdirdiklərini deyən Elçin Əlibəyli Azərbaycana birlik və bütövlük arzu etdiyini də dilə gətirib.

Qeyd edək ki, ötən günlərdə Güney Azərbaycanda gənclər tərəfindən sosial şəbəkələrdə “Səni deyirlər” adlı əyləncə kampaniyası başladılıb. Kampaniyaya çox sayda şimali azərbaycanlı, hətta ən tanınmış insanlar da qoşulub.

Güneyli gənclər bununla həm Azərbaycan rəqsini və musiqisini təbliğ edir, həm İran molla rejiminin insanların əyləncə azadlığının məhdudlaşdırmasına üsyan edir, eyni zamanda qurumaqda olan Urmu gölünə dəstək nümayiş etdirirlər.

Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed