Şrift:
Milli Arxiv İdarəsinin kollegiya üzvlərinin sayı və yeni tərkibi təsdiq edilib
12.09.2018 [10:09] - Siyasət
Nazirlər Kabineti “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.
Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə əsasən, Milli Arxiv İdarəsinin kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyən edilib və aşağıdakı tərkibdə təsdiq olunub:
Kollegiyanın sədri
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Arxivinin direktoru
Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed