Şrift:
Azərbaycan XİN vətəndaşları İrana səfər edərkən ehtiyatlı olmağa çağırıb
13.07.2012 [18:00] - Xəbərlər, Güney Azərbaycan-Təbriz
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları İrana səfər edərkən ehtiyatlı olmağa çağırıb. Bu barədə cümə günü jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.
"İranda saxlanılan Azərbaycan şairləri ilə bağlı insident bunun aydın təsdiqidir. Niyə Azərbaycan vətəndaşları özünü Azərbaycanın dostu adlandıran ölkənin ərazisində belə hallarla üzləşməlidir?", - Abdullayev deyib.
O, qeyd edib ki, Azərbaycan XİN belə bəyanatlar verməyə və vətəndaşlarını analoji hadisələrlə üzləşə biləcəyi İrana səfər etməkdən çəkinməyə çağırmağa məcburdur.
"Heç kəs sabah İran ərazisində saxlanılmayacağından və ona qarşı mənasız ittihamlar irəli sürülməyəcəyindən sığortalana bilməz", - XİN rəsmisi bildirib.
Onun sözlərinə görə, İran tərəfinin qonşu ölkənin vətəndaşlarına qarşı belə münasibəti başa düşülən deyil və yolverilməzdir.
Xatırladaq ki, Azərbaycanın iki vətəndaşı Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də İranda itkin düşmüşdülər.
Bu xəbər oxucular tərəfindən 1613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed