Şrift:
Cüdo üzrə dünya çempionatında üç ölkə ilk medallarını qazanıb
25.09.2018 [10:25] - İslam dini
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha üç ölkə ilk medallarını əldə edib.
Bu gün qadınların mübarizəsində 70 kq, kişilərdə isə 90 kq çəki dərəcələri üzrə qaliblər bəlli olub.
Qadınlardan "bürünc"ə yiyələnən kolumbiyalı Yuri Alvear ölkəsinə ilk medalı qazandırıb. Bu çəkidə digər bürünc medala yaponiyalı Yoko Ono sahib çıxıb. Onun həmyerlisi Arai Tidzuru finalda fransalı Mari-Eva Qayeni məğlub edərək dünya çempionu olub.
Kişilərin mübarizəsində isə Nikoloz Şerazadişvili dünya çempionu olaraq, İspaniyanın ilk medalını rəsmiləşdirib. O, finalda kubalı Silva Moralesi üstələyib. Gümüş Mükafatçı da Kubanın ilk medalını əldə edib. Bu çəkidə bürünc medalları isə yaponiyalı Kenta Naqasava və fransalı Aksel Klerje əldə edib.
Qeyd edək ki, Azərbaycan bu çəkilərdən yalnız 90 kq-da təmsil olunub. Lakin Məmmədəli Mehdiyev 1/16 finalda uduzaraq, mübarizəni dayandırıb.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed