Şrift:
Kerç boğazında Türkiyə şirkətinə məxsus yük gəmisi qəzaya uğrayıb
10.10.2018 [12:24] - Gündəm, Hadisə
Türkiyə şirkətinə məxsus və Taqo bayrağı altında üzən “Nila” yük gəmisi Kerç boğazının girişində qəzaya uğrayıb.

Gəminin 7 nəfər heyətindən birinin Azərbaycan vətəndaşı olduğu bildirilir.

Göyərtəsində daş kömür olan gəmi Türkiyənin “Azov” limanından çıxıb. Kerç boğazına yaxınlaşanda gəmi kapitanı göyərtəyə su dolması barədə məlumat verib. Gəmi heyətindən on nəfər Ukrayna və bir nəfər Azərbaycan vətəndaşıdır. Bütün heyət təxliyə olunub, gəmiyə su dolması tam dayandırılıb. Gəminin batma ehtimalı yoxdur.

Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 562 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed