Şrift:
Paracüdo üzrə Azərbaycan millisi 10 medal qazandı
19.11.2018 [10:25] - İdman
Paracüdo üzrə Azərbaycan milli komandası Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatını on medalla başa vurub. Azərbaycan Milli Paralimpiya Komitəsindən Cüdoçularımız mundialda 1 qızıl, 3 gümüş və 6 bürünc medal əldə ediblər.

Kişilərin mübarizəsində 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Bayram Mustafayev dünya çempionu olub. Hüseyn Rəhimli (81 kq) isə yalnız finalda məğlub olaraq çempionatı ikinci pillədə tamamlayıb. Digər idmançılarımız - Vüqar Şirinli (60 kq), Ramil Qasımov (70 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medalla kifayətləniblər.

Qadınların yarışında Şəhanə Hacıyeva (48 kq) gümüş, Xanım Hüseynova (63 kq), Zülfiyə Hüseynova (70 kq) və Sevda Vəliyeva (52 kq) isə bürünc medallara sahib olublar.

Azərbaycanın paralimpiya milli komandası çempionatda iştirak edən 42 ölkə arasında üçüncü yeri tutub.

Bu dünya çempionatından başlayaraq artıq “Tokio-2020” Yay Paralimpiya Oyunları üçün lisenziya xalları qazanılacaq.
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed