Şrift:
Sabah Azərbaycan ərazisində bəzi yerlərdə havanın temperaturu 42 dərəcəyə yüksələcək.
24.07.2012 [12:47] - Gündəm, Bildiriş
Sabah Azərbaycan ərazisində bəzi yerlərdə havanın temperaturu 42 dərəcəyə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən bildiriblər ki, iyulun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 23-28, gündüz 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı ehtimalı var.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyulun 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed