07.12.2018 [10:55] - Gənclik
Tələbə və gənclərin sosial inkişafı, karyera bacarıqlarının artırılması, onlar üçün yeni iş imkanlarının, sosial yanaşmaların araşdırılması və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində müxtəlif proqramlar həyata keçirən Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) yeni maarifləndirici beynəlxalq layihənin icrasına başlayıb.
ADTGT-nin ictimai əlaqələr və informasiya departamentindən bildiriblər ki, cari ilin dekabrından start götürən layihə üç ay davam edəcək. Gənclərin karyera inkişafı, məşğulluq və iş imkanları sahəsində beynəlxalq təcrübə, informasiya mübadiləsini və şəbəkələşməni nəzərdə tutan bu layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Bakı Konqres Mərkəzində keçiriləcək “Gənclərin Karyera İmkanları: Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumunda Polşa, Rumıniya, Çex Respublikası, Sloveniya, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova və Azərbaycandan olan gənc lider və ekspertlərin iştirakı nəzərdə tutulur.
“Birlikdə daha yaxşı yaşamaq üçün!” şüarı ilə keçiriləcək Beynəlxalq forum bu gün aktual problemə çevrilən gənclərin karyera, iş imkanları, yeni sosial yanaşmalar, məşğulluq və işsizlik məsələlərinə dair geniş müzakirə və təqdimatların təşkilini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, beynəlxalq təcrübə-informasiya mübadiləsini, bu sahədə uğurlu modellərin, o cümlədən Azərbaycan Modelinin təhlilini, təbliğini və mövzu istiqamətində gənclərin regional şəbəkəsinin qurulmasını özündə ehtiva edəcək.
Rəsmi açılış və bağlanış plenar sessiyaları ilə yanaşı, 4 mövzu üzrə panellərin təşkili, seminar və qruplar üzrə iş tapşırıqlarının aparılması, gənclər işi, gənclərin karyera və məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən müxtəlif hökumət strukturlarında görüşlərin keçirilməsi, Azərbaycanın uğurlu sosial brendlərinə çevrilən ASAN və DOST xidmət mərkəzləri ilə tanışlıq və Bakı Bəyannaməsinin qəbul olunması da gələn il yanvarın 24-28-də reallaşacaq Beynəlxalq gənclər forumunun proqramına daxil edilib.
Layihə çərçivəsində geniş PR fəaliyyəti, sosial media və şəbəkələrdə təbliğati işlər və gənclərin karyera və məşğulluğuna dair 3 dildə (Azərbaycan, ingilis və rus) kitab nəşri də nəzərdə tutulur.
Xatırladaq ki, ADTGT Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və eləcə də digər milli və beynəlxalq donorların dəstəyi ilə ölkədə və xaricdə çoxsaylı beynəlxalq layihələr icra edib. Bu uğurlu fəaliyyətinə görə Azərbaycanda və Cənubi Qafqazda ilk QHT olaraq Avropa Şurasının “Avropanın Fəal Gənc Vətəndaşı” Mükafatına layiq görülüb.

Bu xəbər oxucular tərəfindən 1396 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |