Şrift:
MDHP Qərbi Azərbaycandan sonuncu departasiyanın 30 illiyini qeyd edib (fotolar)
17.12.2018 [13:46] - Gündəm, Siyasi partiyalar, Bildiriş, Qərbi Azərbaycan-İrəvan
Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin təşkilatçılığı ilə partiyanın mərkəzi qərargahının akt zalında 1988-ci ildə Qərbi Azərbaycandan türklərin departasiyası və soyqırımının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə alimlər, araşdırmaçılar, yazıçılar, ictimai-siyasi xadimlər, media nümayəndələri, ziyalılar və xeyli sayda Qərbi azərbaycanlılar, onların övladları və nəvələri iştirak edirdilər.
Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbirdə əvvəlcə Qərbi Azərbaycanda türklərə qarşı törədilmiş tarixi soyqırımlar və departasiyalar zamanı həyatını itirənlərin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ardınca giriş nitqi ilə çıxış edən MDHP Qərbi Azərbaycan Departamentinin sədri Əli Rzayev tədbirin mahiyyəti barədə danışdıqdan sonra, sözü tədbirin məruzəçisi araşdırmaçı alim, professor Əsgər Zeynalova verdi. Ə.Zeynalov baş vermiş hadisələrin tarixi və yaranma səbəbləri, yaratdığı fəsadların miqyası və acı nəticələri barədə geniş məruzə ilə çıxış etdi. Alim mövzu ilə bağlı elmi müstəvidə aparılan mübarizədən, hədəflərdən və bu günə qədər əldə olunan nəticələrdən danışdı.
Məruzəçinin çıxışından sonra mövzu ilə bağlı danışmaq istəyən tədbir iştirakçıları dinlənildi və fikir mübadilələri aparıldı.
Çıxışçılardan MDHP sədrinin müavini Həbib Ələkbərsoy, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin Qadınlar Şurasının sədri Lida Əyyubova, MDHP Qarabağ Departamentinin sədri Şakir Ağayev, yazıçı, şair, araşdırmaçı Niftalı Göyçəli, “Ulu öndər Heydər Əliyevin, Prezidentin siyasətinə və dövlətçiliyə dəstək” İctimai Birliyi sədrinin birinci müavini Hüseyn Xəzər, Qərbi Azərbaycanın tanınmış ziyalılarından Oqtay Sadıqov, jurnalist Nüvər Şərifova və digərləri hadisələrin yaratdığı fəsadlar, bu gün görülən işlər və 1988-ci ildəki hadisələr də daxil olmaqla Qərbi Azərbaycanda hayların gəlişi ilə millətimizə qarşı törədilən vandalizm və soyqırımların, bölgənin demoqrafik vəziyyətinin məqsədyönlü şəkildə dəyişmə siyasətinin dünya ictimaiyyətinə çatdırılması, eləcə atılmalı olan prinsipial addımlar barədə danışıb, təkliflər veriblər.
Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızdan bir neçəsi çıxış edərək yaşadıqları faciə barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Aparılan müzakirələr və verilən təkliflər ümumiləşdirilərək qərara alındı ki, Qərbi azərbaycanlıların soyqırım və departasiyası ilə bağlı təqvimə anım gününün salınması və abidə kompleksinin ucaldılması ilə bağlı aidiyyatı qurumlara verilmiş təkliflərin həyata keçirilməsi üçün təşəbbüslər artırılsın və hadisələrlə bağlı materialların toplanıb təbliğ olunması istiqamətində işlərin ictimailəşməsi təşkil olunsun.

Bu xəbər oxucular tərəfindən 3272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed