Şrift:
“Real Madrid” dünya çempionatının finalında
20.12.2018 [10:20] - Gündəm, İslam dini
Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatın ikinci yarımfinal oyunu keçirilib. UEFA Çempionlar Liqasının son qalibi “Real Madrid” klubu Asiya çempionu Yaponiya təmsilçisi “Kasima Antlers” komandası ilə qarşılaşıb. Görüş "kral" klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Madrid təmsilçisinin heyətində hər üç qolu Qaret Beyl vurub. “Kasima Antlers” heyətində isə yeganə qolu Şoma Doi vurub.

“Real Madrid” çempionatda mübarizəyə yarımfinaldan qoşulub. Asiya çempionu isə dörddəbir finalda Meksikanın “Qvadalaxara” klubunu məğlub edib - 3:2

Qeyd edək ki, digər yarımfinal oyununda Argentinanın “River Pleyt” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əin” komandası arasında oynanılıb. Həmin görüşdə ərəblər üstün olub (2:2, pen. 4:5).

Qeyd edək ki, turnirin final və üçüncü yeri uğrunda oyunları dekabrın 22-də təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed