Şrift:
Bu qış da başqa qışdır...
03.01.2019 [09:38] - Gündəm, DAVAMın yazıları
Yenə bu yerlərə qarlı qış gəldi,
Ömrümüzə, günümüzə sevnclə
Bir dostumuz xoş gəldi....
***
Bu qış bizim ruzimizin təməli,
bu qış bizim günümüzün,
yarın günün səmərəsi, səməri.
***
Nə xoş gəlib yurdumuza gələn qış,
üzümüzə təbəssümlə
gülümsəyən, gülən qış....

*****

Bu qış qışdır payızdan,
Bu qış düşdü payızdan...
Burda çox quş olardı,
Onlar uçdu payızdan.

***
Hava qarlı,boranlı,
Hava yaman sopsoyuq.
Nə telefon səslənir,
Nə kimsədən xəbər yox...

***
Torpağın qazı çıxır,
Külək adamı yıxır.
Malalanıb qar ilə
Dərə,təpə,çöl,çuxur...

***
Odun peçi,şor-çörək...
Əriştə də qazanda.
İştah artır, güc artır,
Bu nəsnəni yazanda.
***
Gizlətməyin qax-qozu,
Gətirin alma,əzgil.
Mürəbbələr yan-yana...
Yox...bu qış ondan deyil.

***
Xizəklər əmrə hazır,
Xizək burda dəb düşüb.
Məstan pişik otaqda,
Mumu çöldə büzüşüb.

***
Mumu büzüşən bayır.
Mumuları sınayar.
Mumuya yer verməsək,
Hamı bizi qınayar.

***
Çaqqallar da ulamır,
Ulamağa yoxdur hey...
Canavarlar çoxdandır
Soyuqlardan olub key...

***
Şəlalə salxımlanıb,
Yerindəcə donubdur...
Elə bil leylək gəlib,
Tel üstünə qonubdur.

***
Ay nə gözəl mənzərə!...
Bir aləm hər tərəfi....
Qışda dincəlmək üçün
Düzgün seçin həfəfi...

***
Bu yerlərin hər fəsli
Xarüqələr düzəldir.
Yaz da burda- möhtəşəm,
Qış da burda gözəldir...

Nazim Nəsrəddinov.
Bakı. 31.12.2018.
Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed