Şrift:
Maqnitoqorskda binanın uçması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb
03.01.2019 [10:11] - Gündəm, Hadisə
Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının girişinin uçması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Dağıntılar altından çıxarılan sonuncu şəxsin cinsiyyəti məlum deyil", — deyə məlumatda bildirilir.
Eyni zamanda daha 4 nəfərin aqibəti əvvəlki kimi qeyri-müəyyən olaraq qalır.
***20:56
Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, xilasedicilər daha iki nəfərin – qadın və kişinin meyitini dağıntılar altından çıxarıblar.
***16:07
Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
21 nəfərin taleyi isə məlum deyil.
Qeyd edək ki, evin dağıntıları altında 5 uşaq qalır.
***09:40
Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi tərəfindən Çelyabinsk vilayətində yaradılan operativ qərargah məlumat yayıb.
Dağıntılar altından 11 meyit çıxarılıb. 30-dan çox insanın taleyi hələ də məlum deyil.
Qeyd edək ki, ötən il dekabrın 31-də Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verib. Nəticədə 120 nəfərin yaşadığı bina çöküb. Hadisə yerinə Rusiyanın Prezidenti Vladimir Putin baş çəkib.
Bu xəbər oxucular tərəfindən 439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed