Şrift:
Gürcüstan əhalisinin 6 faizdən çoxunu azərbaycanlılar təşkil edir
03.01.2019 [10:18] - Borçalı
Ötən il Gürcüstan əhalisinin sayı 3200 nəfər artaraq 3 milyon 729 min 700 təşkil edib.

Ölkə əhalisinin 1 milyon 938 min 100 nəfərini qadınlar, 1 milyon 791 min 600 nəfərini isə kişilər təşkil edir. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.

Qonşu ölkədə əhalinin 58,3 faizi şəhərlərdə, 41,7 faizi isə kəndlərdə yaşayır. İllik müqayisədə şəhər əhalisi xeyli artıb.

Statistika idarəsinin məlumatında Gürcüstan əhalisinin etnik mənsubiyyətinə görə tərkibi də açıqlanıb. Göstəricilərə əsasən qonşu ölkədə yaşayan azərbaycanlıların sayı 233 min nəfərdir. Bu da əhalinin 6,3 faizi deməkdir.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed