Şrift:
“Hökumət tərəfindən “Təbriz 2018” layihəsi üçün verilən vədlər yerinə yetirilməyib”- Azərbaycanlı millət vəkili
03.01.2019 [11:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlum olduğu kimi, Güney Azərbaycanın Təbriz şəhəri 2018-ci ilin islam dünyasının turizm paytaxtı seçilib, lakin hökumət bu önəmli hadisə üçün Təbrizdə heç bir hazırlıq işi görməyib və bunun üçün vəsait xərcləməyib.

Hökumətin xəyanətləri barədə Təbriz, Tufarqan (Azərşəhr) və Üskünün (Üşkaya) İran parlamentindəki millət vəkili Məhəmməd Hüseyn Fərhəngi “Fars” xəbər agentliyinə danışıb.

““Təbriz 2018” layihəsi ilə bağlı gözləntilər müxtəlif səbəblərə görə özünü doğrutmadı. Görülən bəzi işlər isə adi işlərdən ibarət olub. Bu hadisə olmasaydı belə yenə də həmin işlər görüləcəydi.
Büdcə vəsaiti çatışmazlığı, hökumətin verdiyi vədləri yerinə yetirməməsi və Şərqi Azərbaycanın idarəçiliyində bir il ərzində vali və bələdiyyə başqanının dəyişdirilməsi kimi, geniş dəyişikliyin baş verməsi “Təbriz 2018”-dən olan gözləntilərin reallaşmamasına səbəb oldu”- deyə o bildirib.

Azərbaycanlı millət vəkili həmçinin vurğulayıb ki, “Təbriz 2018”lə bağlı işlərin gözləndiyi kimi getməməsinin digər səbəbi də verilən təklif və tövsiyyələrin nəzərə alınmamasıdır.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Nigeryanın paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilirdi, lakin bu baş vermədi. Ona görə ki, hökumət Təbrizdə yalnız bir neçə loqo və banner asmaqla kifayətləndi və turistlərin cəlb olunması üçün heç bir şərait yaratmadı.

N.S
Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed