Şrift:
Batan gəmidə itkin düşən iki nəfərin cəsədi tapıldı
09.01.2019 [10:16] - Gündəm, Hadisə
Türkiyənin Samsun şəhəri yaxınlığında “Volgabalt 214” gəmisində baş verən qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin axtarışı ilə bağlı müvafiq qüvvələr hadisə yerinə cəlb olunub. Dövlət Dəniz Agentliyindən verilən məlumata görə, itkin düşən dənizçilərdən iki nəfərinin meyiti tapılıb.

Məlumata görə, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi hadisə baş verən andan fasiləsiz olaraq Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə əlaqə saxlayır.

Son məlumata əsasən həyata keçirilən axtarış – xilasetmə tədbirləri nəticəsində itkin düşən dənizçilərdən 2 nəfərin meyiti tapılaraq sudan çıxarılıb. Hazırda dənizçilərin şəxsiyyətinin müəyyən oluması prosesi həyata keçirilir. İctimaiyyətə ətraflı məlumat veriləcək.

Məlumata görə, Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır. Gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub. Ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib və onun meyiti sudan çıxarılıb. Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed