Şrift:
Niderland radiosunda Azərbaycan həqiqətlərindən danışılıb
10.01.2019 [11:08] - Diaspor
Uzun illərdir Niderlandda yaşayan həmyerlimiz, “Connect” təşkilatının sədri, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov yaşadığı ölkənin mətbuatında Azərbaycanla bağlı, xüsusilə Dağlıq Qarabağ mövzusunda davamlı olaraq çıxışlar edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bu günlərdə həmyerlimiz yerli SD (Schouwen Duiveland) radiosunda, GeertJan de Bruijnenin aparıcısı olduğu “Te Gast Bij….ROSD” proqramının qonağı olub.

Bir saatlıq proqramda Azərbaycan musiqiləri səsləndirilib. Həmyerlimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, sovet istilasından və xalqımızın 1988-ci ildən başlayan azadlıq mübarizəsindən, eləcə də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən ətraflı söhbət açıb. Həmçinin Azərbaycanın multikultural dəyərlərindən, mətbəxindən ölkəmizdəki Alban kilsələrindən, İçərişəhər və digər tarixi abidələrdən danışılıb. Azərbaycanın füsunkar təbiətindən bəhs edən Vüqar Abbasov niderlandlı turizm həvəskarlarını ölkəmizə dəvət edib.
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed