Şrift:
Avropa Şurasının Baş katibi vəzifəsinə seçkilər iyun ayında keçiriləcək
12.01.2019 [11:02] - Siyasət
Bu il iyun ayında keçiriləcək Avropa Şurasının Baş katibi vəzifəsinə seçkilər ərəfəsində sözügedən vəzifəyə dörd nəfər iddialıdır.
Belçika xarici işlər naziri Didye Reynders, Litvanın keçmiş Baş naziri Andrus Kubilus, Yunanıstan millət vəkili, sabiq xarici işlır naziri Dora Bakoyannis, Xorvatiya baş nazirinin müavini, xarici və Avropa işləri naziri Mariya Peyçinoviç-Buriç həmin vəzifəyə namizədliklərini irəli sürüblər.
Avropa Şurası Nazirlər Komitəsi mart ayında hər üç namizədlə ayrı-ayrılıqda müsahibə keçirib namizədlərin dəqiq siyahısını seçkinin keçiriləcəyi Avropa Şurası Parlament Assambleyasına təqdim edəcək.
Yeni baş katibin mandatı bu il oktyabr ayının 1-dən qüvvəyə minir.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed