Şrift:
Türkiyədə qaz kəmərində partlayış baş verib
14.01.2019 [11:42] - Gündəm, Hadisə
Türkiyənin Sakarya əyalətinin Arifiye rayonunda təbii qaz xəttində partlayış olub.

Türkiyə KİV-ləri xəbər verir ki, hadisə bölgənin dağlıq hissəsindən keçən qaz kəmərində baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb. Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed