Şrift:
Muzey milli geyimlərimizlə zənginləşir
15.01.2019 [11:35] - Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə daha bir Azərbaycan milli qadın geyimi – küləcə daxil edilib.

Muzeydən bildiriblər ki, küləcə İrəvan bölgəsinə aid olan əl işidir, üzü qələmkar parçadan, astarı çitdəndir. Geyim XIX əsrin sonlarına aiddir. Eksponat Azərbaycan xanımlarının geyim mədəniyyətini, estetik zövqünü öyrənmək baxımından əhəmiyyətlidir.
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed