Şrift:
Azərbaycanın DOM teatrı Türkdilli Xalqların “Tuqanlıq-2019” Beynəlxalq Teatr Festivalında iştirak edəcək
15.01.2019 [11:36] - Türk dünyası-Turan, Mədəniyyət
Mayın 23-dən 30-dək Başkortostanın paytaxtı Ufada Türkdilli Xalqların “Tuqanlıq” VII Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalın proqramına Başkortostan, Tatarıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tuva, Krım, Xakasiya, Türkiyə, Özbəkistan, Altay və Qaqauz Yeri teatrlarının 13 tamaşası daxil edilib.

Azərbaycanın DOM müstəqil teatrı “Tuqanlıq” festivalı üçün tamamilə yeni olan qeyri-adi format - rejissor və nəzəriyyəçi Tərlan Rəsulovun quruluşunda İsmayıl Amanın müasir qaçqınlar haqqında “Limbo” immersiv tamaşasını təqdim edəcək.

Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrı festivalda azərbaycanlı rejissor Tural Mustafayevin quruluşunda Con Patrikin “Əziz Pamela” tamaşası ilə təmsil olunacaq.

Festival çərçivəsində “Mədəniyyətlərin dialoqu və türkdilli xalqların teatrı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək, konfrans materialları əsasında məqalələr toplusu nəşr olunacaq.
Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed