Şrift:
Amerikada yaşayan azərbaycanlı güllələndi
15.01.2019 [11:39] - Diaspor
ABŞ-ın Şimali Karolina ştatında Şərqi Çarlotte şəhərində «Fixer Electronic Repair» dükanının azərbaycanlı sahibi, 29 yaşlı həmyerlimiz Elçin Xəlilov iş yerində güllələnib.

Məlumatı sosial şəbəkədə iqtisadçı ekspert Qubad İbadoğlu paylaşıb.
Yaralı Elçin Xəlilov xəstəxanada vəfat edib. Şahidlərin dediyinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən şəxs olub. Hazırda axtarışlar davam etsə də, cinayətkar hələ də yaxalanmayıb.

Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul idi. Bir neçə il öncə vətəni qazanc dalınca tərk edib, ABŞ-a köçmüşdü. Sumqayıtda 3 saylı orta məktəbi, İnşaat Mühəndisləri Universitetini bitirib.

Allah rəhmət etsin.
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed