19.01.2019 [10:43] - Gündəm, İqtisadiyyat
OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının Bakıda keçirilmə tarixləri razılaşdırılıb.
Bu barədə energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva məlumat verib.
“OPEC Katibliyindən Energetika Nazirliyinə daxil olmuş məktubda Müştərək Texniki Komissiya və Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclaslarının müvafiq olaraq bu il martın 17-18-də keçirilməsi təklif olunub”, - deyə o bildirib.
Z.Əliyeva əlavə edib ki, Azərbaycan neftin qiymətinin sabitləşdirilməsi məqsədilə OPEC çərçivəsində irəli sürülən təşəbbüsləri ilk vaxtdan dəstəkləyib. 2016-cı ildən etibarən Azərbaycan OPEC+ formatında neft bazarının balanslaşdırılması prosesinin fəal iştirakçısı olub və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib.

Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
![]() | ![]() |
Yahoo | ![]() |
![]() |
|||
![]() |
Del.icio.us | ![]() |
Digg | ![]() |
StumbleUpon | ![]() |
FriendFeed |