Şrift:
İranın enerji birjasında təklif etdiyi bir milyon barel müştərisiz qalıb
23.01.2019 [09:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Milli Neft Şirkətinin məsul şəxslərindən olan Əmir Hüseyn Təbyaniyan yanvarın 21-də ölkəsinin enerji birjasında təklif etdiyi 1 milyon barel “layt” markalı neftin satılmadığını deyib.

Onun sözlərinə görə, qarşıdan gələn iki həftə ərzində ölkəsi bir daha birjada neft təklif edəcək. Növbəti təklifdə qara qızılın qiyməti həmin günə olan bazar qiymətlərə əsasən hesablanacaq.

Xatırladaq ki, dünən birjada İran nefti 52 dollar 82 sentə təklif edilirdi.
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed