Şrift:
Fərəc Quliyev: "Müxalifətə qarşı daha sərt tədbirlər görülməlidir "
26.01.2019 [12:48] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
""Milli Şura" yaranandan mövqeyimiz ortadadır". Bunu SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, biz o zaman demişdik ki, "Milli Şura" xarici dövlətlərin burda "5-ci kolonu" kimi iştirak edir və Azərbaycan dövlətinə qarşı mübarizə aparır, bu faktlarla təsdiq olunubdur: "Rusiyada Moskva Cərrahiyyə İnstitutunun akt zalında Vyaçeslav Volodinin birbaşa təşkilatçılığı ilə yaradılan "Milli Şura" "5-ci kolon" kimi dövlətçiliyimiz əleyinə fəaliyyət göstərir. Sonradan bu təşkilatdan bir çox partiyalar o cümlədən Müsavat ona görə ayrıldılar ki, bildilər ki, "Milli Şura" Moskvanın əli ilə yaradılıbdır. O zaman xaricdə ölkəmizə qarşı yaradılan hər hansı bir təşkilatın məsuliyyətə cəlb olunmasını istəmişdim, tələb eləmişdim. Çünki bu vətənə xəyanətdir, bunun başqa adı yoxdur. Bu gün də ölkəmizdə belə qurumların fəaliyyət göstərməsi əhali tərəfindən təbii ki, qınaqla qarşılanıb. Amma hesab edirəm ki, müxalifətə qarşı daha sərt tədbirlər görülməlidir. Dövlətçiliyə qarşı cəmiyyətin qınağı ortada olmalıdır. Ölkəmizin ərazi bütövlüyünə qarşı mübarizə aparıldığı bir dövrdə başqa bir ölkənin iradəsini ifadə etməkdən böyük xəyanət ola bilməz. Bu məsələni qəti şəkildə qınayıram".

GÜLYANƏ
Bu xəbər oxucular tərəfindən 561 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed