Şrift:
Ermənistan həbsxanasında aclıq edən QHT fəalı və jurnalist ölüb
29.01.2019 [10:09] - Gündəm, Hadisə
Ermənistan həbsxanasında aclıq edən QHT fəalı və jurnalist Mqer Yeqizaryanın ölümü ilə bağlı bu ölkənin ədliyyə naziri Artak Zeynalyan bəyanatla çıxış edib. Onun sözlərinə görə, aclıq aksiyası zamanı iki dəfə xəstəxanaya aparılan “Erməni qartallar-vahid Ermənistan” ictimai təşkilatının sədr müavini və “Haynyus.am” internet portalının xəbər bölməsinin rəhbəri infarktdan ölüb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, erməni mətbuatında dərc olunan xəbərlərdə nazirin bəyanatının gecikdiyi bildirilir və iki gün sonra açıqlama verilməsi ilə əlaqədar şübhələr yer alıb. Ədliyyə naziri bildirib ki, jurnalist aclıq aksiyasını yanvarın 17-də dayandırıb və səhhəti pisləşdiyindən həmin ayın 26-da ölüb. Yeqizaryanın oğlu isə bu bəyanatın doğru olmadığını bildirib.

Ölən şəxsin oğlu Vazqen Yeqizaryan ölkənin baş nazirinə açıq məktub ünvanlayıb. Məktubda deyilir: “Nikol Paşinyan, bu cinayət işində sizin rolunuzu müəyyən etmək yəqin ki, heç vaxt mümkün olmayacaq. Lakin siz “nəyin bahasına olursa olsun, bu adamı məhkum etmək lazımdır” prinsipi ilə hərəkət etmisinizsə, onda mənim anamın və qardaşımın yaşadıqları əzabları sizin xanımınıza və oğlunuza da arzulayıram. Xatırladıram ki, bu məsələdə icraçı olan şəxslər sizə tabedirlər”.

Ədliyyə naziri Zeynalyan isə xatırladıb ki, onun nazirliyi bu şəxsin cəzalandırılmasına məsul deyil və yalnız məhkəmə qərarlarını icra edir.
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed