Şrift:
Azərbaycan gəncliyinin din anlayışı istənilən səviyyədədirmi?
31.07.2012 [12:06] - Gənclik
“Dini rəhbərimiz daha acıq və sərbəst fikirli olmalıdır”.

Rəsul Mirhəşimli (“Allah dostları” kitabının müəllifi, elm adamı, yazar)
-Azərbaycan gənclərinin dini səviyyəsinin qaneedici olması barədə birmənalı rəy söyləmək çətindir. Amma sevindirici hal odur ki, dindar kəsimi bu gün daha çox gənclər təşkil edir. Bir zaman cəmiyyətdə, "bir qədər yaşa dol, sonra ibadət edərsən", məsuliyyətsizliyindən qaçıb hüzurunu dinə tapınmaqda, ibadətdə görən bu gənclərə qibtə etmək olar. Gənclərin əksəriyyəti zərərli əyləncələrdən üz çevirib, bu gün Allaha iman etməklə cəmiyyətin tərbiyə olunmasında müstəsna rol oynayır. İnsan bildiklərini sevər, deyiblər. Bu gənclər Allahı sevdikcə, Onu tanımağa çalışdıqca, cəmiyyətə daha xeyirli vətəndaş olurlar. Çünki bu gənclər bilir ki, Hz. Məhəmməd (s) buyurduğu kimi, "Vətəni sevmək imandandır". Dini olmayan kəs, millətini nə tanıyar, nə də sevər.

Fizuli Mirzəyev (şərqşünas)
- Azərbaycanda gəncliyin dinə münasibəti özününkü deyil. Üç qismə bölünüb. Səudiyyə gəncləri, Türkiyənin nurcuları və İranın şiəliyi. Onlardan başqaları isə gündəlik məscid qapısında ölü gözləyən, gündəlik yaşayışını "maddi" baximdan Qurana bağlayanlardır.
İlk növbədə gənclərimiz bizim coğrafi ərazini tanımalı, bu dövlətin onlara aid olmasını dərk etməli, sonra isə bütün kənardan gələn ideyaları qarşılaya bilər.
Biz "tolerantıq"deməklə əslində kim burda nəyi istəyirsə danişa ya tətbiq edə bilər, deməkdir. Bu, heç də belə olmamalıdır. Bizim dövlətimizin gənc olmasını nəzərə alsaq, həmçinin qonşu dövlələrin bizim heç zaman güclənməyimizi istəməməsi, bizi tolerantlıq deyil, konkret ideya və kökümüzə nəzər yetirməyimizə məcbur etməlidir.
Dini rəhbərimiz daha acıq və sərbəst fikirli olmalıdır. Milli dəyərlərimizi nəzərə almaqla din konsepsiyası olmalıdır.
Gəncliyimizi İran, Türkiyə, Misir və Səudiyyə mədrəsələrinin ümidinə buraxmamalı əksinə dərhal dövlətlərdən müəllimlər dəvət etməklə bunu yerinə yetirməlidir.

Rəfail Tağızadə (şair-tərcüməçi)

- Hətta yetmiş illik Sovetlər zamanında belə Azərbaycanda insanlar öz dinini qoruyub saxlamışlar.
Son vaxtlar dinə meyl, həvəs xeyli dərəcədə artıb. Bu, hər addımbaşı hiss olunur. İnsanın uşaqlıqdan, gənc yaşlarından (hətta istənilən yaşda ) öz dininə riayət edib, onun qaydalarına əməl etməsi çox təqdirəlayiqdir. İnanclı insanlar başqalarından fərqli olaraq cəmiyyət üçün qorxulu olan pis vərdiş və əməllərdən uşaq olmaqla yanaşı, həm də daha mərhəmətli olurlar.
Mən hər bir şeydə elmiliyin tərəfdarıyam. Elə dinə bağlılıqda da. Gənclərin içərisində dini savadı olanları çoxdur.
Amma bütün kütləvilikdə keyfiyyətin olmaması burda da özünü göstərir. Gənclərlə təmasda olanda hiss edirsən ki, onların bəzilərinin dinə bağlılığı kimlərinsə təsirindən doğur, ya da bu “qonşudan qalma dala” prinsipi ilə həyata keçirilir.
Ən qorxulu məqam ondan ibarətdir ki, bəzi gənclər kənar qüvvələr tərəfindən idarə olunur. Bu həm o gənclərin gələcəyi, həm də cəmiyyət və dövlət üçün təhlükə mənbəyi ola bilər.

Ədalət Əliyev, 168.az saytının və radiosunun baş redaktoru:


-Son vaxtlar gənclərimizin dinə olan marağı əvvəlki illərlə müqayisədə xeyli artıb. Bu da, əlbəttə, sevindiricidir. Çünki insanın milli dəyərlərlə yanaşı İslama qiymət verib ona əməl etməsi insanların, ilk növbədə, gənclərin əsas anlamına çevrilir. Təbii, İslam nə fırıldaqçı mollalar, nə də radikal dinin tez-tez törətdiyi terror deyil.
İnsanın düzgün yola yönəlməsi, onun mənəvi cəhətdən zənginləşməsi üçün İslam dininə, ilk növbədə, Allahın kəlamı olan Qurana böyük ehtiyacı var. Quran insana dünya və axirət yollarını, günahlardan çəkinməyi, vacibləri əməl etməyi göstərir. Əgər insan Quranı oxuyub onun əsl mahiyyətinə vararaq Allahın buyurduqlarına əməl etsə, o, yalnız və yalnız qaranlığa deyil, işıq gələn tərəfə üz tutduğunu dərk edər.
Düşünəndə ki, dinimiz İslam, özümüz müsəlmanıq və ölüm də hər an bizə də gəlib çatacaq, o zaman qəbrimiz və qəbristanlıq, ölümdən sonrakı həyat haqqında düşünməyə də başlayırıq. Amma yenə də Qurana əsaslansaq görərik ki, müqəddəs kitabın böyük bir hissəsi ölümdən sonrakı həyata həsr olunub. Qəbr evi, məzar sorğu sualı, cənnət və cəhənnəm, Mizan tərəzisi, Sirat körpüsü, bir sözlə, əbədi həyat məhz ölümdən sonra başlayır. Əslində insan ölüm vasitəsilə bu dünyadan axirətə keçid edir. Yəni ÖLÜM AXİRƏTƏ BİR KÖRPÜDÜR – KEÇİDDİR. ÖLÜM ƏBƏDİ HƏYATIN BAŞLANĞICIDIR.
Sevincdiricidir ki, gənclərimiz bu deyilənləri zaman-zaman anlayır və dinə olan marağı, Allaha olan sevgisi daha da artır.
Amma çox təəssüflə qeyd olunmalıdır ki, bu gün telekanallarda dini maarifləndirmə işləri zəif aparılır və ya aparılmır. Sözsüz, gənclərimizin radikal dinin içində azmaması, ümumiyyətlə, düzgün dini savadı olması üçün maarifləndirmə işlərinə böyük ehtiyac var. Gənclərimizin özləri də dini məlumatlar alarkən düzgün mənbələrə müracət etməlidirlər. Əks halda onlar radikal dinin qurbanlarına çevrilə bilərlər.

Bəhlul Ayhan (gənc şair, dindar)

- İndiki gəncləri dinə, imana dəvət edəndə, deyirlər bizi XII əsrə qaytarırsan? Amma soyunmağa gəlincə isə daş dövrünə qədər gedirlər.
Ümumiyyətlə Azərbaycan gəncliyinin demək olar ki, yetmiş faizi ancaq əyləncəyə can atır.
Dini, imanı olmayan bir gənc, bir insan nəinki Vətənini, heç valideyinlərini belə sevə bilməz. Boşuna deyilməyib ki, Vətəni sevmək imandandır.
Gənclərimiz zənginliyi ancaq madiyyatda görürlər, halbuki madiyyat bu dünyada qalıcı bir şeydir. İnsan gərək mənən, ruhən zəngin olsun, əsl zənginlik elə mənəvi zənginlikdir.
Təbii ki, bir çox müsbət cəhətləri olan gənclərimiz var. Bəqərə Surəsi, 107-ci ayədə ALLAH-Təala buyurur: "Bilməzsinizmi ki, həqiqətən göylərin və yerin mülkü tamamilə Allaha aiddir. Sizə də Allahdan başqa nə bir dost, nə də bir köməkçi vardır! "
Əgər insan bunu dərk edərsə Qurani Kərimdən dörd əllə yapışar.
Cənabi Haqq cümləmizi hidayət eyləsin, Amin!


Nigar İsfəndiyarqızı
Bu xəbər oxucular tərəfindən 1581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed