Şrift:
Görkəmli mütəfəkkir İmadəddin Nəsimiyə həsr olunmuş monoqrafiya çapa hazırlanıb
30.01.2019 [11:24] - Gündəm
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər təşkil olunur.

Kitabxanadan bildirilib ki, “Şair və yazıçı tribunası” sosial layihəsi çərçivəsində filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun “Seyid Əli Seyid Məhəmməd oğlu İmad əd-Din Nəsimi Şirvani” monoqrafiyası çapa hazırlanıb.

Monoqrafiya “Ön söz”, “Nəsimi Şirvani haqqında”, “Nəsiminin gəzdiyi coğrafiya”, “Nəsimi şeirinin qaynaqları”, “Hürufiliyin mənbəyi və təzahürü”, “Sakral rituallar”, “Nəsimi yaradıcılığı”, “Nəsimi şeirinin ecazı” və s. bölmələrdən ibarətdir.

Əsərin elmi redaktoru, filologiya elmləri doktoru Fəridə Əzizova, elmi məsləhətçilər, akademik Vasim Məmmədəliyev və İsa Həbibbəylidir, rəyçilər filologiya üzrə fəlsəfə doktoru Çingiz Sasani və tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır.
Bu xəbər oxucular tərəfindən 1032 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed