Şrift:
Bu il Türkmənistanın MDB-yə sədrliyi dövründə bir sıra mühüm tədbirlər keçiriləcək
31.01.2019 [09:43] - Xəbərlər, Siyasət
Türkmənistan bu ildən MDB-də sədrliyə başlayıb. Bununla əlaqədar ölkədə bir sıra mühüm tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Mayın 31-də Türkmənistan paytaxtında üzv dövlətlərin hökumət başçıları Şurasının iclası keçiriləcək. İclasda Birlik çərçivəsində iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin genişlənməsinə və dərinləşməsinə dair sənədlərin layihələri nəzərdən keçiriləcək.

Bu il oktyabrın 11-də Aşqabadda MDB dövlət başçıları Şurasının iclası baş tutacaq.

Türkmənistan paytaxtında MDB-nin iqtisadi, səhiyyə sahəsində əməkdaşlıq üzrə şuralarının iclasları, həmçinin “Sülh və etimad” mövzusunda beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.

İlin ikinci yarısında MDB məkanında iqtisadi əməkdaşlıq çərçivəsində aqrar-sənaye kompleksi məsələləri üzrə hökumətlərarası şuranın və toxumçuluq məsələləri üzrə hökumətlərarası koordinasiya şurasının birgə iclasının keçirilməsi nəzərdə tutulub.

Energetika sahəsində əməkdaşlığın gücləndirilməsi üçün Birliyə üzv ölkələr hər il keçirilən “Türkmənistanın neft və qaz” sərgisində iştirak edəcəklər.

Mədəni-humanitar əməkdaşlıq üzrə proqramların reallaşdırılması üçün mayda Aşqabadda MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının XIV Forumu, beynəlxalq yarışlar və Birliyə üzv ölkələrin milli idman növləri üzrə II festivalı da keçiriləcək.

2019-cu il MDB-də “Kitab İli” elan edildiyi üçün birliyə üzv ölkələrlə tarix və ədəbiyyatla bağlı kitab sərgilərinin təşkili gözlənilir. Bundan başqa, “Avaza” milli turizm zonasında uşaq mahnı festivalı da təşkil olunacaq.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed