Şrift:
“Beşiktaş” klubu “Borussiya Dortmund”un futbolçusunu heyətinə cəlb edib
31.01.2019 [09:45] - Gündəm, İdman
İstanbulun “Beşiktaş” futbol klubu Almaniyanın “Borussiya Dortmund” komandasının yaponiyalı yarımmüdafiəçisi Şinci Kaqavanı icarəyə götürüb.

“TRTSPOR” televiziyası xəbər verir ki, 29 yaşlı yaponiyalı yarımmüdafiəçi 1,1 milyon arvo qarşılığında mövsümün sonunadək icarə əsasında “Beşiktaş”da forma geyinəcək. Müqaviləyə görə mövsümün sonunda yarımmüdafiəçi 1,6 milyon avro qarşılığında birdəfəlik transfer edilə bilər.

Karyerasına Yaponiyanın “Cerezo Osaka” klubunda başlayan yarımmüdafiəçi “Mançester Yunayted”in də heyətində çıxış edib. O, Yaponiya millisinin heyətində 95 oyunda 31 qol vurub.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed