Şrift:
Qazaxıstan yerli bazarı ölkədə emal olunan benzin və dizel yanacağı ilə təmin edəcək
31.01.2019 [10:04] - Gündəm, Bildiriş
Qazaxıstan bu ildən yerli bazarı ölkədə emal olunan benzin və dizel yanacağı ilə təmin edəcək.

Ötən il Qazaxıstanda 90 milyon tondan çox neft və 55 milyard kubmetrdən artıq qaz hasil edilib. İlin sonunda əsas neft məhsullarının qiymətlərində artım müşahidə edilməyib.

Ölkədə üç emal zavodunun modernləşdirilməsinə 6 milyard dollar vəsait sərf olunub. Bu müəssisələr hesabına cari ildən etibarən Qazaxıstan benzin, dizel yanacağı, aviayanacaq və bituma olan daxili tələbatı özü təmin edə biləcək.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed