Şrift:
Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən hissələrində yeni yaşayış kompleksləri istifadəyə verilib
31.01.2019 [10:09] - Gündəm, Hərb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyət davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin rəhbər heyəti Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin ərazisində yeni inşa edilmiş yaşayış komplekslərinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ərazidəki əsgər yataqxanalarında, yeməkxanalarda, sinif otaqlarında, tibb məntəqələrində, mətbəxlərdə, qazanxanalarda, anbarlarda, eləcə də digər xidməti və inzibati obyektlərdə olaraq görülən işlərin keyfiyyəti ilə tanış olub.

Nazir hərbi hissələrin silahlanmasında olan döyüş texnikasına baxış keçirib və komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed