Şrift:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib
31.01.2019 [10:09] - Türk dünyası-Turan
Yanvarın 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Beş saat davam edən iclasın yekununa dair yayımlanan mətbuat üçün açıqlamada iclasda Türkiyənin təhlükəsizliyi ilə bağlı mühüm daxili və xarici proseslər, 2019-cu ildə ehtimal olunan risk və təhdidlərin qarşısının alınması yolları barədə ətraflı müzakirələrin aparıldığı vurğulanıb.

Açıqlamada bildirilib ki, iclasda Türkiyənin milli birliyinə və suverenliyinə təhdid təşkil edən FETÖ/PDY, PKK/PYD-YPG və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı ölkə daxilində və xaricdə həyata keçirilən hərbi əməliyyatlar barədə ətraflı məlumat verilib. Həmçinin bu mübarizənin fasiləsiz davam etdiriləcəyi qəti şəkildə ifadə olunub. Türkiyənin məqsədinin Suriyanın ərazi bütövlüyünün qorunması ilə yanaşı, doğma yurdlarını tərk etmiş milyonlarla suriyalının geri qayıtmasının, bu ölkədə konstitusiya quruluşunun və sabitliyin təmin olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb.

Açıqlamada, həmçinin iclasda Kiprdə, Aralıq dənizinin şərqində, eləcə də Qara dəniz hövzəsində baş verən proseslərin yaxından izlənildiyi, Türkiyənin beynəlxalq müqavilələrdə əksini tapan hüquq və maraqlarının qorunması istiqamətində vacib tədbirlərin bundan sonra da qətiyyətlə davam etdiriləcəyi qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed