Şrift:
Farslardan şovinist addım- İnstaqramda yapon futbolçunu təhqir etmək istəyərkən, qaçışçını təhqir etdilər
31.01.2019 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Minlərlə fars instaqram istifadəçi yaponiyalı marafon qaçışçısı Suguru Osakonun instaqram səhifəsinə daxil olaraq, şəkillərinin altında ona qarşı təhqiramiz ifadələr yazıblar.

Fars istifadəçilərin məqsədi yapon futbolçu Yuya Osakonu təhqir etmək olub. Lakin onlar iki idmançını səhv salaraq, Sugurunu təhqir ediblər.

Xatırladaq ki, yanvarın 28-də Asiya Kuboku çərçivəsində İran və Yaponiya yığmaları arasında görüş keçirilmişdi. Görüş 3:0 Yaponiyanın qələbəsi ilə başa çatmışdı. Görüşdə 2 qolu Yuya Osako vurmuşdu. Görüş zamanı da İran yığmasının futbolçuları yapon oyunçulara qarşı kobud davranışları ilə yadda qalmışdı. Daha sonra yığmalarının uduzmasını həzm edə bilməyən farslar Yuya Osakonu təhqir etmək üçün onun instaqram səhifəsinə hücum etmək istəsələr də, futbolçunu qaçışçı Suguru Osako ilə səhv salıblar. Bununla da futbolçunun əvəzinə marafon qaçışçının instaqram səhifəsində paylaşılan şəkillərin altında minlərlə təhqiramiz ifadələr yerləşdiriblər.

Məsələyə İran Milli Məclisinin spikerinin müavini Əli Mütəhhəri də münasibət bildirib. O, şəxsi “twitter” səhifəsində iranlı futbolçuların görüş zamanı yapon idmançılara qarşı davranışını kəskin tənqid edərək, milli yığmanın 3 fubolçusunun cəzalandırılmasını istəyib. Mütəhhəri həmçinin “iranlı futbolçuların bu davranışının Amerikanın İrana qarşı terrorizmlə bağlı irəli sürdüyü ittihamları təsdiq etdiyini” bildirib.
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed