Şrift:
Təbrizli futbolçu Bakının Şəhidlər Xiyabanında – VİDEO
31.01.2019 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanın “Sumqayıt” futbol klubuna transfer edilən Təbrizin “Maşınsazi” klubunun oyunçusu Peyman Babayi artıq Azərbaycandadır.

Bakıya gəlincə Şəhidlər Xiyabanını ziyarət edən güneyli idmançı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin məzarı üzərinə gül dəstələri qoyub, vətən övladlarının ölməz ruhları qarşısında ehtiramını bildirib.

Əksər güneyli soydaşlarımız, o cümlədən idmançılar Bakıya səfər etdikləri zaman Şəhidlər Xiyabanını ziyarət edirlər.

18 aylıq müqavilə əsasında “Sumqayıt”ın şərəfini qorumalı olan Peyman Babayi 8 nömrəli formada çıxış edəcək.

Peyman Babayi Təbrizin “Traxtur” klubunun yetirməsidir, onun 25 yaşı var.

Gənc futbolçu Güney Azərbaycanın Təbriz şəhərində doğulub. 2015-ci ilə qədər “Traxtur”un şərəfini qoruyan futbolçu sonralar Təbrizin digər klubları - “Gostəreş Fulad” (26 oyun, 7 qol) və “Maşınsazi”nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.

Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed