Şrift:
Hindistanda qar uçqunu nəticəsində 3 nəfər itkin düşüb
02.02.2019 [09:58] - Gündəm, Hadisə
Hindistanın Cammu və Kəşmir bölgəsinin Anantanq rayonunda baş verən qar uçqunu nəticəsində 3 nəfər itkin düşüb.

Hindistan KİV-ləri xəbər verir ki, uçqun zamanı 4 nəfər qar altında qalsa da, onlardan biri yüngül yaralı vəziyyətdə tapılaraq, xəstəxanaya yerləşdirilib. Hazırda uçqun altında qalanların axtarışı davam edir.

Bildirilir ki, uçqun altında qalanlar qartəmizləyən avtomobilin sürücüsü və heyəti olub.
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed