Şrift:
Türkiyədəki yeraltı şəhər turistlər üçün ən cəlbedici məkanlardan birinə çevrilib
02.02.2019 [10:03] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin Bayburt vilayətinin Aydıntəpə rayonunda yerləşən yeraltı şəhər 2018-ci ildə 15 min 500 nəfər tərəfindən ziyarət olunub.

Təsadüf nəticəsində aşkarlanan bu nadir məkan 2-2,5 metr dərinlikdə yerləşir. Buradakı otaq və salonlar heç bir tikinti aparılmadan oyma və qazma işləri nəticəsində qurulub. Uzunluğu təxminən 1 kilometr olan bu yeraltı şəhərin tavanında işıqlandırma və havalandırma məqsədilə açılan dəliklər mövcuddur.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed